Yazılı tərcümə
Tərcümə prosesində nitq şifahi və ya yazılı ola bilir, buna görə də tərcümə yazılı, yaxud şifahi olur. Məlum olduğu kimi, hər iki tərcümə növü mütəxəssisdən işçi dillərini mükəmməl bilmək, aidiyyəti olan sahə üzrə geniş məlumat, müəyyən vərdişlər tələb edir. Bu tələblərlə yanaşı, şifahi tərcüməni yazılı tərcümədən fərqləndirən bir sıra mühüm cəhətlər mövcuddur.
Bunlar hər iki növ tərcümə üzrə peşə hazırlığı, vərdişlər və qabiliyyətlər tələb edir. Əvvəla, şifahi tərcümə isə şifahi mətnin digər dilə şifahi tərcüməsini, yazılı tərcümə yazılı məxəz mətnin yazılı şəkildə digər dilə çevrilməsini nəzərdə tutur. Zaman baxımından şifahi tərcümə mətnin dərhal tərcümə edilməsini nəzərdə tutduğu halda, yazılı tərcümədə belə tələskənlik yoxdur; yəni, şifahi tərcümədə vaxt tərcüməçini gözləmir. O, məxəz mətni yalnız bir dəfə eşidir. Yazılı tərcümədə isə material göz qabağında olduğundan tərcüməçi istənilən məqamı təkrarən nəzərdən keçirmək imkanına malik olur. Odur ki, işin gedişində yazılı tərcüməçinin müxtəlif mənbələrə müraciət etməsi üçün kifayət qədər vaxt və imkanı olduğu halda, şifahi tərcümədə problem yerindəcə həll edilməlidir, dilmanc heç bir əlavə mənbəyə istinad etmək imkanı olmadığından öz bilik və vərdişlərinə güvənməlidir. Şifahi tərcümədə dəqiqlik təxminən 70% gözləndiyi halda, yazılı tərcümədə bu göstərici 99%-ə çatır.
Tərcüməçi mətni elə yazmalıdır ki, yaratdığı hədəf mətndə redaktəyə ehtiyac qalmasın. Dilmancdan gözəl natiqlik qabiliyyəti, asanlıqla eşidib-anlama, tez qərarçıxarma vərdişləri tələb olunur. Yazılı tərcümə biristiqamətlidir. Şifahi tərcümədə isə dillərarası ünsiyyət iki tərəf arasında qurulduğundan tərcümə də iki istiqamətdə aparılır. Dilmanclıqda işçi dillərinin hər ikisi işin gedişində növbə ilə gah aktiv, gah da passiv dil kimi çıxış .